Modern.az

Əlizamin Salayev aclığı dayandırdı

Əlizamin Salayev aclığı dayandırdı

Aktual

1 İyun 2023, 10:48

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Əlizamin Salayev aclığı dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.

 

Onun sözlərinə görə, Ə. Salayev aclıqla bağlı məsələyə Apellyasiya Məhkəməsindəki qərardan sonra yenidən baxa bilər. 

 

Qeyd edək ki, Ə.Salayev barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq - silah və ya silah qisminə əşya tətbiq etməklə) cinayət işi başlanılıb. O, 4 il müddətinə azadlıqdan məhrum edilib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?