Modern.az

2019-cu ildən bu yana 391 uşaq övladlığa götürülüb - Rəsmi

2019-cu ildən bu yana 391 uşaq övladlığa götürülüb - Rəsmi

1 İyun 2023, 10:42

Ölkəmizdə övladlığagötürmə üzrə idarəetmə 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirir. Bu sahədə müasir və şəffaf idarəetmə modeli yaradılaraq, övladlığagötürmə üzrə xidmətlər də elektronlaşdırılıb.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, həmin vaxtdan 196-sı oğlan, qalanı qız olmaqla 391 uşaq övladlığa götürülüb. Reinteqrasiya tədbirləri nəticəsində isə 287 uşaq müəssisələrdən öz ailələrinə geri qaytarılıb:

 

"Hazırda ölkəmizdə “Himayədar ailə” modelinin də tətbiqinə hazırlıq işləri aparılır. Məqsəd valideyn himayəsindən məhrum uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüməsi və inkişafına şərait yaradılmasıdır".

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?