Modern.az

Ölkəyə köhnə avtomobil gətirənlərin NƏZƏRİNƏ

Ölkəyə köhnə avtomobil gətirənlərin NƏZƏRİNƏ

1 İyun 2023, 13:46

Azərbaycana idxal olunan köhnə avtomobillərdən alınacaq ilkin utilizasiya rüsumunun məbləği açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə keçirilən komitə iclasında “Təmiz Şəhər” ASC-nin eksperti Mirzə Laçınov deyib.

 

Onun sözlərinə görə, 1-3 il istehsalı müddəti olan avtomobillərin üçün utilizasiya haqqı nəzərdə tutulmayıb.

 

“4 ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Lakin bu rəqəmlər hələki dəqiq deyil, bu istiqamətdə müzakirələr davam etdirilir və dəyişə bilər”, - deyə o əlavə edib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?