Modern.az

Füzulidə şəhid uşaqları üçün tədbir keçirilib - FOTOLAR

Füzulidə şəhid uşaqları üçün tədbir keçirilib - FOTOLAR

1 İyun 2023, 14:04

Füzuli rayonunda 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə, şəhid uşaqları üçün “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi. Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri və şəhid övladları iştirak etdilər. 

 

Tədbir başlamazdan əvvəl bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlarla görüşlərindən, səmimi söhbətlərindən, eləcə də ölkəmizdə aparılan uğurlu uşaq siyasətindən bəhs edən videomaterial izləndi.

 

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin bu gün ölkəmizdə uğurla davam etdiyindən, şəhid ailələrinin, eləcə də şəhid övladlarının hər zaman dövlətin diqqət mərkəzində saxlandığından bəhs etdi. Şəhid övladlarını 1iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edən rayon rəhbəri onlara sağlamlıq, firavanlıq, təhsillərində müvəffəqiyyətlər arzuladı.

 

Daha sonra Füzuli Dövlət Dram Teatrının şəhid övladları üçün hazırladığı müsiqi nömrələrindən, rəqslərdən və nağıl qəhrəmanlarının iştirakı ilə hazırlanmış səhnəciklərdən ibarət  musiqili proqramı təqdim olundu.

 

Sonda Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev  tərəfindən şəhid övladlarına hədiyyələr təqdim olundu. Əlavə olaraq rayonda fəaliyyət göstərən Sirab MMC şirkətinin yerli nümayəndəliyi tərəfindən şəhid övladlarına şirkətin məhsullarından ibarət bağlamalar hədiyyə edildi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?