Modern.az

Gədəbəyə dolu düşüb - Faktiki hava

Gədəbəyə dolu düşüb - Faktiki hava

1 İyun 2023, 16:52

Faktiki hava açıqlanıb.

 

Modern.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Gədəbəy rayonu ərazisinə saat 15:12 radələrində qısamüddətli, diametri 6 mm olan dolu düşüb.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29 dərəcə isti, Naxçıvanda 23-27 dərəcə isti, Aran rayonlarında 28-31 dərəcə isti, dağlıq rayonlarda 23 dərəcə, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?