YAP Kəlbəcər rayon təşkilatı tərəfindən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Gəncə şəhəri Gülüstan qəsəbəsində Şəhid kapitan İlham Fərzəliyevin və Tərtər rayonun Bəyimsarov kəndində şəhid Hüseyinov Mirzə Xəlifə oğlunun Vətənə əmanəti olan övladları ziyarət olunub və onlara hədiyyələr təqdim edilib.
Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad olunub. Ziyarətdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və təşkilatın məsləhətçisi Səkinə Baxışzadə iştirak edib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov möhtərəm prezidentimiz cənab İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verib. Torpaqlarımızın erməni işğalından azad olunması ilə şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildirib.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin rəhbərliyinə öz dərin minnətdarlığlarını bildiriblər.