Modern.az

Optimallaşma işsizliklə nəticələnməməlidir - NAZİR

Optimallaşma işsizliklə nəticələnməməlidir - NAZİR

2 İyun 2023, 14:04

"Dövlət sektorunda optimallaşma daimi olaraq aparılmalıdır”.

 

Modern.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zaman deyib.

 

“Amma bu, şəxslərin işsiz qalması isə nəticələnməli deyil. Şəxslər üçün fərdi məşğulluq proqramları həyata keçirilməlidir. Eyni zamanda dövlət sektorunu limitsiz artıraraq böyük bir yükü növbəti dövrlərə daşımağımız onunla nəticələnəcək ki, dövlət sektorunda verdiyimiz layiqli əməkhaqqı getdikcə çətinləşəcək", - deyə nazir bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?