Modern.az

İrandan Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanıldı

İrandan Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanıldı

Aktual

3 İyun 2023, 12:15

İyun ayının 2-də saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və Həbibi Mutyullah Əbdülmətin oğlu saxlanılıb.

 

Dövlət Sərhəd Xidmətindən Modern.az-a verilən xəbərə görə, fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?