Modern.az

Azad edilmiş ərazilərdə seysmoloji xidmət mərkəzləri açılacaq

Azad edilmiş ərazilərdə seysmoloji xidmət mərkəzləri açılacaq

Aktual

6 İyun 2023, 11:32

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi işğaldan azad edilmiş ərazilərdə seysmoloji xidmət mərkəzlərini qurmaq hərəkatına başlayıb. Bu il onlardan bir neçəsinin açılışının olacağı gözlənilir.

 

Modern.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Seysmologiya və mühəndis seysmologiyası" üzrə VI Beynəlxalq konfransında çıxışı zamanı deyib.

 

O bildirib ki, bununla əlaqədar olaraq zəruri hazırlıq işləri aparılıb və proseslərə başlanılıb. "Qardaş Türkiyənin də bu sahəyə göstərdiyi diqqəti qeyd etməyi özümə borc bilirəm",- AMEA prezidenti deyib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?