Modern.az

Deputatdan moped və skuterlərlə bağlı TƏKLİF

Deputatdan moped və skuterlərlə bağlı TƏKLİF

Aktual

6 İyun 2023, 13:50

Yol hərəkəti qaydalarının pozulmasına görə moped sürücülərinin cərimələnməsi məsələsinə təkrar baxılmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib.

 

“Bu gün mopedlərin yollarda təhlükəli hərəkəti digərlərinə də təsir edir. Buna nəzarət gücləndirilməlidir, hesab edirəm ki, bu məsələ qanunla tənzimlənməlidir. Bundan əlavə, skuterlərlə bağlı məsələ nizama salınmalıdır. Bu gün yollarda təhlükəsizlik təmin edilməlidir. Ölkədə elektrikli skuterlər və velosipedlər üçün ayrıca yol xəttinin salınması lazımdır. Bunun üçün çalışmalıyıq”,- deyə deputat bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?