Məşhur "Tesla" şirkətinin Azərbaycanda filialı açılmalıdır.
Modern.az xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev çıxış edib.
“Bu gün ölkədə avtomobillərin karbon qazı buraxılması ilə bağlı çox problemlər var. Bunun üçün dünya təcrübəsindən istifadə edilməlidir. Hesab edirəm ki, məşhur "Tesla" şirkətinin Azərbaycanda filialı açılmalıdır. Bu, müəyyən tənzimlənmələrə gətirib çıxara bilər. Digər tərəfdən bir də görürsən ki, sovetin antikvar istehsalı olan “Jiquli” yolda qırılır və tıxaca səbəb olur. Bununla da şəhərdə uzun tıxac yaranır. Həmin "Jiquli" havaya 20 tondan artıq karbon qazı buraxır. Düşünürəm ki, “Yol hərəkəti haqqında” qanuna dəyişiklik qəbul ediləndən sonra yerli istehsal edilən avtomobillərin qiyməti aşağı salınmalıdır. Eyni zamanda daha sonra kredit şərtləri yumşaldılmaldır”,- deyə deputat vurğulayıb.
Qeyd edək ki, "Tesla" şirkəti amerikalı milyarder İlon Maska məxsusdur.