Modern.az

İdeal”ın keçmiş sahibinin şikayəti təmin edilmədi

“İdeal”ın keçmiş sahibinin şikayəti təmin edilmədi

Aktual

6 İyun 2023, 16:36

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham olunub.

 

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə)və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?