Modern.az

Samuxda 2 tondan çox çətənə kolu məhv edildi

Samuxda 2 tondan çox çətənə kolu məhv edildi

Aktual

7 İyun 2023, 09:46

Samuxda yabanı halda bitən çətənə kolları məhv edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Qarayeri qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

 

Ümumi çəkisi 2 ton 285 kiloqram olan, 3337 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?