Modern.az

Elmi-məsləhət şurasının yeni tərkibi təsdiqləndi

Elmi-məsləhət şurasının yeni tərkibi təsdiqləndi

Aktual

7 İyun 2023, 19:53

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 19 may tarixli qərarı iləAli Məhkəmənin yanında Elmi-məsləhət şurasının yeni tərkibi təsdiq edilib.

 

Modern.az xəbər verir ki, Elmi-məsləhət şurasının əsas fəaliyyəti məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasında Ali Məhkəməyə köməklik göstərməkdən ibarətdir.

 

Elmi-məsləhət şurasının ilk iclasının iyunun 23-də videokonfrans formatında keçirilməsi planlaşdırılır. İclasda “Əmlak münasibətlərində vicdanlı alıcı” mövzusu üzrə müzakirələr təşkil olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?