Modern.az

Türkiyə parlamentinin yeni spikeri SEÇİLDİ

Türkiyə parlamentinin yeni spikeri SEÇİLDİ

7 İyun 2023, 20:12

Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni spiker seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

 

Bildirilir ki, bu vəzifəyə AKP və MHP-nin namizədi Numan Kurtulmuş layiq görülüb.

 

O, səsvermənin ilk turunda deputatların 317-sinin səsini qazanıb. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb. Bu turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələdə 321 səs ala bilib.

 

Üçüncü səsvermədə isə N.Kurtulmuş TBMM sədri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır