Modern.az

Sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin coğrafiyası genişlənir

Sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin coğrafiyası genişlənir

8 İyun 2023, 12:14

“Son illər sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin müəyyən transformasiyasını, transsərhəd cinayətinin yeni növ və formalarının meydana çıxmasını, coğrafiyasının genişlənməsini müşahidə edirik”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında bildirib.

 

Xidmət rəisi vurğulayıb ki, bu, öz növbəsində, sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün yeni yanaşma və həll yollarının axtarışı və tətbiqinin aktuallığını şərtləndirir.

 

“Bu baxımdan, gedən proseslərin vaxtında və düzgün qiymətləndirilməsi, sərhəd təhlükəsizliyinin təmin edilməsinə kompleks və səmərəli yanaşma beynəlxalq terrorizm, separatizm, transsərhəd cinayətlər, o cümlədən qeyri-qanuni miqrasiya, narkotik vasitələrin və digər qadağan olunmuş materialların qaçaqmalçılığı ilə mübarizədə təsirli vasitədir”, - E.Quliyev qeyd edib.

 

General-polkovnik vurğulayıb ki, sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqətindədir.

 

"Son 20 il ərzində dövlət başçısı Dövlət Sərhəd Xidmətinin müxtəlif hərbi hissələrinə 40 dəfədən çox səfər edib, bölmələrdəki vəziyyətlə şəxsən tanış olub. Cənab Prezidentin bilavasitə dəstəyi ilə sərhəd təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir”, - E.Quliyev əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu