Modern.az

Azərbaycan vətəndaşı Almaniyada SAXLANILDI

Azərbaycan vətəndaşı Almaniyada SAXLANILDI

Aktual

8 İyun 2023, 14:16

Almaniyada qanunsuz yaşayanlara qarşı iyunun 7-dən başlayan polis əməliyyatı davam edir.

 

Modern.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyinin cavabında qeyd olunub ki, 800-dən çox insanı qaçaq yollarla ölkəyə gətirən şəbəkənin çökdürülməsi istiqamətində keçirilən əməliyyat uğurla davam etdirilir.

 

Nazirliyin məlumatında bildirilib ki, ötən gün başlayan və “Yolçu” adı verilən əməliyyat zamanı Azərbaycan Respublikası vətəndaşı olan 41 yaşlı şəxs saxlanılaraq, miqrasiya idarəsinə təhvil verilib. O, Almaniyaya qaçaq yollarla gəldikdən sonra Duysburq şəhərindəki tanışının evində qanunsuz şəkildə yaşayırmış.

 

Essen şəhərindəki əməliyyatda isə polis xüsusi əməliyyat qrupundan istifadə edib. Nəticədə 20-yə yaxın Suriya vətəndaşı saxlanılaraq, müvafiq miqrasiya idarələrinə təhvil veriliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?