Modern.az

DSMF-nin xərcləri 15 faiz artıb

DSMF-nin xərcləri 15 faiz artıb

9 İyun 2023, 10:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 5 ayında proqnozla müqayisədə 7 faiz və ya 168 mln. manat çox olmaqla 2 mlrd. 686 mln. manat təşkil edib.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-may aylarında proqnoza nisbətən 9 faiz və ya 168 mln. manat artaraq 2 mlrd. 70 mln. manat olub.

 

Son 5 ayda DSMF-nin xərcləri 2 mlrd. 506 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 328 mln. manat çoxdur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?