Modern.az

XİN-dən Belarusa TƏBRİK

XİN-dən Belarusa TƏBRİK

Aktual

11 İyun 2023, 19:34

Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik.

 

Modern.az xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter hesabında Belarusla ölkəmiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşımında yer alıb.

 

“Bu gün Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür.

 

Bu münasibətlə Belarus hökumətinə və xalqına səmimi arzularımızı çatdırırıq və Azərbaycan-Belarus ikitərəfli əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik”, - Azərbaycanın xarici siyasət idarəsindən qeyd edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?