Modern.az

Məktəb şagirdin davada iştirakı məsələsinə aydınlıq gətirdi

Məktəb şagirdin davada iştirakı məsələsinə aydınlıq gətirdi

Aktual

12 İyun 2023, 13:26

34 nömrəli tam orta məktəbin həyətində kütləvi dava olması və XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) bıçaqlanması barədə məlumat həqiqəti əks etdirmir.

 

Modern.az xəbər verir ki, məktəbdən APA-ya verilən məlumata görə, valideynlərin yazılı qaydada bildirdiyinə görə adıçəkilən şagirdin qardaşı 11.06.2023-cü ildə dostu ilə Nabranda istirahət mərkəzində mübahisə ediblər, daha sonra Nərimanov rayonunda məhəllələrin birində mübahisənin davamı olub:

 

"Bu əsnada məktəbin şagirdi də qardaşına görə hadisənin iştirakçısına çevrilib. Həmin şagird bu gün dərs prosesində iştirak edib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır" - məktəbin məlumatında bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?