Modern.az

Taksi qiymətləri qalxacaq - RƏSMİ

Taksi qiymətləri qalxacaq - RƏSMİ

Aktual

12 İyun 2023, 13:47

Taksi sahəsində yeni qanunun tənzimlənməsindən sonra qiymətlər qalxacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

 

“Dünyanın heç bir yerində bu qədər taksi xidməti yoxdur. Ona görə də artım gözlənilir”,- deyə nazir vurğulayıb.

 

"Təxminən ilin sonuna qədər 60-a yaxın qısa zolaqların çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik. Bizim hazırda əsas məqsədimiz sərnişinlərin A nöqtəsindən B nöqtəsinə rahat və təhlükəsiz çatdırılmasıdır", - Rəşad Nəbiyev əlavə edib.

 

Xatırladaq ki, komitənin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər müzakirə edilir.

Bu xəbər ilə bağlı
Məqsədimiz taksilərin sayını deyil, gedişləri azaltmaqdır - NAZİR
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?