Modern.az

Ərdoğanla birlikdə Sinan Oğan da Azərbaycana GƏLİR

Ərdoğanla birlikdə Sinan Oğan da Azərbaycana GƏLİR

Aktual

12 İyun 2023, 13:50

Bildiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, o, nümayəndə heyəti ilə birlikdə Bakıda səfərdə olacaq, bir sıra bəyanatlar səsləndirəcək.

 

"Yeni Şafak" qəzetinin məlumatına görə, Ərdoğanı müşayiət edəcək komandada prezident seçkilərinin ilk turunda iştirak edən ATA İttifaqının namizədi Sinan Oğan da yer alacaq.

 

Qəzet yazıb ki, Sinan Oğanın iki ölkənin nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə iştirak edəcəyi gözlənilir.

 

Xatırladaq ki, Ərdoğan sabah həmkarı İlham Əliyevlə görüşəcək. İki lider Ankara-Bakı xəttində əməkdaşlığın daha da artırılmasını qiymətləndirəcəklər. Dövlət başçıları Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər. Bundan əlavə, Qafqazda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?