Modern.az

Büdcədən süni mayalanma üçün pul ayrılsın - Rəşad Mahmudov

Büdcədən süni mayalanma üçün pul ayrılsın - Rəşad Mahmudov

Aktual

13 İyun 2023, 11:42

Ölkədə övlad sahibi olmaq istəyən, amma imkanı olmayan şəxslər var.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Rəşad Mahmudov bildirib.

 

“Bu məsələ qaldırılanda “Reproduktiv sağlamlıq” haqqında qanun layihəsinin qəbul olunması təklif edilir. Amma bildirim ki, qanun olmadan da problemi həll edə bilərik. Uşaq sahibi olmaq insanın fiziki, əqli sağlamlığı cəhətdən dövlətin nəzarətində olmalıdır. Ona görə də gələn ilin dövlət büdcəsində buna maliyyə yardımının ayrılmasını təklif edirəm. Süni mayalanma ilə əlaqədar dövlət büdcəsindən ayrılan vəsait 1 milyon manatdan çox deyil. Ona görə də bu məsələyə diqqət yetirilməlidir”,- deyə deputat vurğulayb.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi