Modern.az

Əlcəzair vətəndaşları Qusarda SAXLANILDI

Əlcəzair vətəndaşları Qusarda SAXLANILDI

13 İyun 2023, 12:18

İyunun 12-də saat 20:32-də “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları 1996-cı il təvəllüdlü Khermaza Bachir Hamza və 2002-ci il təvəllüdlü Chettouh Mohamed Abdelghani saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumatda deyilir.

 

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?