Modern.az

Ucar və Zərdabda qaz olmayacaq

Ucar və Zərdabda qaz olmayacaq

Aktual

13 İyun 2023, 16:30

Ucar və Zərdab rayonlarının qaz təchizatında fasilə yaranacaq.

 

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, bu ilin payız-qış mövsümündə Gürcüstana təbii qazın fasiləsiz ixrac edilməsi məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində aparılacaq təmir-bərpa və yenidənqurma işlərinin aparılması planlaşdırılır.

 

Bu səbəbdən 15-16 iyun tarixlərində “Ucar”, “Lək”, “Zərdab” QPS-lərdən və “Ucar Pambıq emalı zavodu”, “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

 

İyunun 15-16-da təmir işləri aparılan müddətdə Ucar və Zərdab rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?