Modern.az

Ağalıda təlim keçirilib - FOTOLAR

Ağalıda təlim keçirilib - FOTOLAR

Aktual

14 İyun 2023, 09:36

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tibb Xidmətinin bir qrup əməkdaşı işğaldan azad edilmiş ərazilərdə və Zəngilan rayonunun Ağalı kəndində təlim keçirib.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, təlim “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin müraciəti əsasında baş tutub.

 

Ağalı kənd orta məktəbinin akt zalında keçirilən təlimdə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları, Ağalı kənd orta məktəbinin müəllim və şagirdləri, kəndin tibb məntəqəsinin işçiləri iştirak ediblər.

 

Təlimdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan təbii fəlakətlər, belə hallarda zəruri davranış qaydaları barədə ətraflı danışılıb, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub. Tədbirdə, həmçinin yanğın və tikintidə təhlükəsizlik məsələlərindən bəhs olunub, həkiməqədərki ilk yardım haqqında məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

 




Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?