Modern.az

Universitetdə Milli Qurtuluş Günü qeyd edilib - FOTOLAR

Universitetdə Milli Qurtuluş Günü qeyd edilib - FOTOLAR

Aktual

14 İyun 2023, 16:17

Gəncə Dövlət Universitetində (GDU) 15 iyun - Milli Qurtuluş  Gününə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə   Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Tədbiri giriş sözü ilə universitetin rektoru Yusif Yusibov açaraq Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün əhəmiyyətindən və Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıb. Rektor vurğulayıb ki, xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir səhifənin açılmasına səbəb oldu. Ulu Öndərin xilaskarlıq missiyası ölkəni məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Azərbaycanda sabitlik yarandı, xalqın dövlətə inamı möhkəmləndi. Məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sürətli inkişaf yoluna qədəm qoydu.

 

Rektor Yusif Yusibov çıxışında onu da qeyd edib ki, ölkə başçısı Cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

 

Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva ,,Xalqın  və  dövlətin  qurtuluş günü”, Ümumi tarix kafedrasının müdiri Etibar Musayevin  ,,Ulu Öndər Heydər Əliyevin Şah əsəri – Müstəqil  Azərbaycan”,   Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazovanın ,,Tariximizin dönüş anı”,   Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin  ,,Ulu Öndər Heydər Əliyevin millli dövlətçilik konsepsiyası”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyevin ,,Milli Qurtuluş hərəkatının tarixi-siyasi əhəmiyyəti” mövzularında məruzələri dinlənilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?