Modern.az

50 il sonra məzun olduqları məktəbdə görüşdülər - VİDEO

50 il sonra məzun olduqları məktəbdə görüşdülər - VİDEO

Aktual

14 İyun 2023, 17:42

50 il əvvəl Bakıda məzun olan 1 saylı fizika-riyaziyyat təmayüllü Respublika internat məktəbinin şagirdləri Məzun günündə görüşüblər.

 

Modern.az xəbər verir ki, onlar 1973-cü ildə bitirdikləri məktəbin həyətində bir araya gəliblər.

 

Bu barədə İTV-də material nümayiş olunub.  Çəkiliş zamanı keçmiş şagirdlər parta arxasında əyləşdikləri siniflərində də olublar.

 

Sinifdəki 31 şagirddən cəmi 18-i bir araya gələ bilib. 6 nəfəri vəfat edib. 6 nəfər haqqında isə məlumat yoxdur. Onlar sinif rəhbərləri Tahirə Ağayevanı da görməyə gediblər. Onun hazırda 85 yaşı var. 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?