Modern.az

Rəsmi Bakıdan Fransa XİN rəhbərinə ETİRAZ

Rəsmi Bakıdan Fransa XİN rəhbərinə ETİRAZ

Aktual

14 İyun 2023, 17:56

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə Fransa xarici işlər naziri Katrin Kollonanın bəyanatına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, XİN sözçüsü "Twitter" paylaşımında Katrin Kolonnanın Azərbaycanın Qarabağ regionundakı ermənilərin hər iki istiqamətdə sərbəst hərəkətinə məqsədyönlü şəkildə göz yumduğunu deyib.

 

“Görünür, Fransanın xarici işlər nazirinin “blokada” ilə bağlı bəyanatında Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətdə sərbəst gediş-gəlişinə məqsədyönlü şəkildə göz yumulur. Bu, tərəfsizliyə dair iddia ilə aşkar ziddiyyət təşkil edir", - Ayxan Hacızadə qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?