Ermənistanda tikiləcək metaləritmə zavodunda mülki işçilərin hədəfə alınması ilə bağlı əsassız iddiaları rədd edirik.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.
“Bu, həmişə olduğu kimi, Ermənistanın diqqəti Azərbaycana qarşı hərbi təxribatlarından və zavodun mənfi transsərhəd təsirinə yayındırmaq üçün növbəti uydurmasıdır”, - deyə Ayxan Hacızadə qeyd edib.