Biləsuvar rayonunda sel təhlükəsi gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, İran ərazisindən Bolqarçay vasitəsilə rayon ərazisinə sel suyunun daxil olması ehtimalı var. Aidiyyəti orqanlar və FHN-in xilasediciləri, texnikaları Bolqarçay ətrafına cəlb olunub.
Analoji hal təqribən 2 həftə bundan öncə baş vermişdi. Sel təhlükəsinə görə Bolqarçay ətrafında yaşayan 3 kəndin sakinləri təhlükəsiz ərazilərə köçürülmüşdü.

