Modern.az

Saratovdan Bakıya uçuşlar başlayır

Saratovdan Bakıya uçuşlar başlayır

Aktual

15 İyun 2023, 10:26

Rusiyanın "IrAero" aviaşirkəti iyulun 4-dən Saratov-Bakı marşrutu üzrə uçuşların yeni istiqamətini açır.

 

Modern.az aviaşirkətə istinadən xəbər verir ki, reyslər "Superjet-100" təyyarələri ilə həftədə bir dəfə (çərşənbə axşamları) həyata keçiriləcək.

 

Təyyarələr Bakıdan yerli vaxtla saat 16:55-da qalxacaq və saat 19:05-də Saratova enəcək. Əks istiqamətdə reys saat 20:20-də qalxacaq və saat 22:55-də eniş edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?