Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusuna qarşı hərbi təxribatları davam edir. Naxçıvan, Füzuli, Şuşadan sonra yenidən Laçın hədəfə alınıb.
Rəsmi məlumata əsasən, iyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub. Sərhəd təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmov xəsarət alıb. Ordumuz Laçın istiqamətində düşmənin atəş nöqtələrini susdurub, əməliyyat şəraitini nəzarətə götürüb.
Erməni ordusunun ardıcıl şəkildə atəşkəsi pozmasına səbəb nədir? Azərbaycan buna cavab olaraq hansı addımları atmalıdır?
Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Telman Qasımlı bildirib ki, ermənilərin bu cür təxribatlara əl atmasının səbəbi Laçında sərhəd-keçid məntəqəsinin qurulması ilə bağlıdır:
“Azərbayanın Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsini yaratmasından sonra ermənilər daha da azğınlaşdılar, aressivləşdilər. Onlar bu günə qədər sərhəd-keçid məntəqəsinin qoyulmasını həzm edə bilmir. Bütövlükdə, ermənilərin ritorikasını analiz etdikdə görürdük ki, bunlar ipə-sapa yata bilmirlər. Laçın yolunu və gediş-gəlişləri nəzarətə götürməyimizi özlərinə bağışlaya bilmirlər. Onlar yolu bazara çevirməyə öyrəşmişdilər. Xüsusən də yay aylarında Ermənistandan və digər ölkələrdən Qarabağa dincəlməyə gəlirdilər. İstədiklərini edə bilməyən ermənilər təbii ki, təxribata əl atacaq”.

Ekspertin fikrincə, son təxribatlarda digər faktorlar da nəzərdən keçirilməlidir.
“Bəzi böyük güclər tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanıb, münasibətlərin normallaşmasını istəmirlər. Onlar erməniləri qızışdırırlar. Nəticədə, daimi olaraq sərhədimizdə, Qarabağın dağlıq hissəsində təxribatlar baş verir. Sonuncu hərbi təxribat nəticəsində hərbçimizin yaralanması göstərir ki, ermənilərlə bizim münasibətlərimiz düzəlməyəcək. Onlar genetik xəstədirlər, düzələn deyillər. Ermənilərin əksəriyyəti Türkiyə və Azərbaycanı istəməyən revanşistlərdir. Təxribatlarda Fransa və İran da xüsusi rol oynayır. Ərdoğanın yenidən prezident seçilməsi Azərbaycan və Türkiyəni istəməyən qüvvələri ciddi narahat edir. Onlar Ərdoğanın Bakı səfəri zamanıda verdiyi mesajlarda təşvişə düşüblər. Ümid edirdilər ki, Türkiyədə seçkilər fərqli olacaq. Başqa qüvvələr hakimiyyətə gələcək və onlar istədikləri kimi regionda maraqlarını artıracaqlar. Təbii ki, belə olmadı. Ərdoğanın qələbəsi onların planlarını pozdu. Nəticədə daha da azğınlaşdılar, radikal addımlara əl atdılar”.
T. Qasımılı həmçinin vurğulayıb ki, bizi qarşıda digər "sürprizlər" gözləyir:
“Ayıq-sayıq olmalıyıq. Xüsusən də bu gün, yaxud sabah Fransanın Azərbaycan əleyhinə hansısa addımlar atacağını gözləmək lazımdır. Qərb, Fransa, Amerika, İran və Rusiyanın da öz maraqları var. Hər birinin maraqları Zəngəzurda toqquşur. Hər kəs öz payına sahib çıxmaq istəyir. Biz sülh müqaviləsinə yüklənməməliyik. Bütövlükdə Qarabağımızın bu cür ünsürlərdən təmizlənməsinə yüklənməliyik. Xankəndidə birdəfəlik nəzarəti ələ keçirmək, sərhədlərimizi möhkəmləndirməklə torpaqlarımıza bir separatçını belə buraxmamalıyıq. Sülhü istəmirlərsə, istəməsinlər. Heç biz də istəmirik. Sülh bizdən çox erməni tərəfinə lazımdır.
Düşünürəm ki, Azərbaycan tərəfi adekvat addımlar atacaq. Erməniləri boş buraxsaq, belə təxribatlar tez-tez olacaq, adi hala çevriləcək. Vaxtaşırı hücumlar edəcəklər. Düşmənin burnunu əzməsək, kəskin cavab almasalar, düzələn deyillər. Onlarla normal şəraitdə yaşamaq uzun illər çətin olacaq. Güclənməli, möhkəmlənməliyik. Söz sahibi olduğumuzu bir daha sübut etməliyik. Bundan sonra daha konkret, adekvat addımlara əl atmalıyıq. Eskalasiya daha da artacaq, qarşıdurma qaçılmazdır”.

Hərbi ekspert Ədalət verdiyev isə vurğulayıb ki, Ermənistanın atəş nöqtələri dağıdılaraq, həmin yerlərdə Azərbaycan bayrağı qaldırılmalıdır:
"Ermənistan tərəfindən Laçın sərhəd-keçid məntəqəsində və Gorus istiqamətində atəşkəsin pozulması Azərbaycanı daha sərt addımlar atmağa vadar edir. Bundan sonra atəş nöqtələri susdurularaq, dağıdılaraq Ermənistan mövqeləri üzərində Azərbaycan bayrağı qaldırılmalıdır. Çünki heç bir halda əsgərimizin qanı yerdə qala bilməz. ABŞ-nın son xəbərdarlığı isə onu deməyə əsas verir ki, Amerika da erməni təxtibatının cavabsız qalmayacağını çox yaxşı anlayır. Yəni bir növ ABŞ ilə Azərbaycanın mövqeyi üst-üstə düşür deyə bilərik. Təxribatların davam etməsi ilə əməliyyatların keçirilməsi ehtimalı çoxalır. Ancaq bu əməliyyatların uzunmüddətli olub-olmayacağı qarşı tərəfin atdığı addımlardan aslı olacaq".