Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü münasibəti ilə Azərbaycanı təbrik edib.
Modern.az xəbər verir ki, təbrik mesajı nazirliyin "Tvitter" hesabında paylaşılıb.
"İki il əvvəl bu gün imzalanan və müttəfiqlik münasibətlərimizə tac qoyan Şuşa Bəyannaməsinin ildönümü və Azərbaycanın Milli Qurtuluş Günü mübarək! Kədərdə və sevincdə bir yumruq, bir ürək olduğumuz Can Azərbaycanla həmrəyliyimiz əbədi olacaq", - paylaşımda deyilir.