Modern.az

İranda daha bir general öldürüldü

İranda daha bir general öldürüldü

Dünya

31 Mart 2026, 16:28

İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri general-leytenant Cəmşid Eshaqi ABŞ-İsrail hücumu nəticəsində həlak olub.

Modern.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun SEPAH) komandanı general-mayor Əhməd Vəhidi bildirib

"Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müşaviri general-leytenant Cəmşid Eshaqinin və onun bir neçə ailə üzvünün Amerika-sionist cinayətkarlarının terror hücumunda şəhid olması münasibətilə başsağlığı verirəm", - deyə "Tasnim" agentliyi onun bəyanatını sitat gətirib.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır