Modern.az

Şahbaz Şərifin Bakıya səfəri ölkələrin rifahına töhfə verəcək - Pakistandan ŞƏRH

Şahbaz Şərifin Bakıya səfəri ölkələrin rifahına töhfə verəcək - Pakistandan ŞƏRH

Aktual

16 İyun 2023, 09:48

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 14-15-də Azərbaycana rəsmi səfər edib. O, Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirib.

 

Birgə mətbuat konfransı zamanı İlham Əliyev bildirib ki, Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş verib: "Bu isə qardaş ölkə mövqeyidir, buna görə mən minnətdaram". Dövlət başçısı Kəşmir məsələsindən Pakistana bir daha dəstəyini ifadə edib.

 

Şahbaz Şərif Pakistan və Azərbaycanın qardaş xalqlar olduğunu vurğulayıb. O deyib ki, Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı dəstəkləmişik".

 

Şahbaz Şərif ölkəmizə baş nazir kimi ilk səfərinin tarixi əhəmiyyəti ilə bağlı Modern.az-a danışan pakistanlı ekspert Qaiser Nəvvab deyir ki, bu səfər Pakistan və Azərbaycan arasında qardaşlıq, qohumluq əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm mərhələdir: 

 

“Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə səfər edən Baş nazir Şahbaz Şərif iki ölkə arasında əməkdaşlığın mühüm sahələrinə cavabdeh olan nazirlərdən ibarət nümayəndə heyətinə rəhbərlik edib. Səfər tərəflər arasında ticarət, investisiya və enerji kimi əsas sektorlar üzrə hərtərəfli danışıqları təşviq etmək məqsədi daşıyır. Bundan başqa, səfər zamanı qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər müzakirə edilibvə əməkdaşlıq imkanları öyrənilib.

 

Bunu qeyd edim ki, Pakistan-Azərbaycan münasibətlərinin ortaq inanca, mədəniyyətə və tarixə söykəndiyini, həmçinin regional və qlobal məsələlərdə qarşılıqlı etimad və fikir həmrəyliyi ilə möhkəmlənir.  

 

Hər iki ölkənin liderləri arasında tez-tez həyata keçirilən səfər mübadiləsi dərin dostluq əlaqələrini göstərir, Pakistan və Azərbaycan xalqlarının rifahı naminə daha sıx çoxşaxəli əməkdaşlığı təşviq edir. 

 

Bu səfər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən ticarət, investisiya və enerji sahələrində əməkdaşlığın dərinləşməsini göstərir. Əminəm ki, bu səfər zamanı səmərəli nəticələr əldə olunacaq. Üstəlik, bu, ölkələrin daha sıx qarşılıqlı əlaqəsinə və rifahına töhfə verəcək”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?