Modern.az

4 xəstə sağaldı, daha 4 nəfər YOLUXDU

4 xəstə sağaldı, daha 4 nəfər YOLUXDU

15 İyun 2023, 16:26

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 888 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 593 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 14 nəfərdir.

 

Son sutka ərzində 922, hazırkı dövrədək isə 7 635 681 test aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?