Modern.az

Serj Sarkisyanın müavini həbs edildi

Serj Sarkisyanın müavini həbs edildi

16 İyun 2023, 12:36

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Tiqran Atanesyan məhkəmə iclasından dərhal sonra məlumat verib.

 

O, iki ay müddətinə azadlıqdan məhrum edilib. Aşotyan hökmlə razılaşmır və qərardan Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir.

 

Xatırladaq ki, Armen Aşotyan iyunun 15-də saxlanılıb. O, İrəvan Tibb Universitetinə ​​məxsus təxminən 100 min ABŞ dolları məbləğində əmlakı mənimsəməkdə ittiham olunur.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?