Modern.az

Vahid taksi xidməti yaradılacaq? - Nazir müavini açıqladı

Vahid taksi xidməti yaradılacaq? - Nazir müavini açıqladı

16 İyun 2023, 13:36

Bəzən vahid taksi xidmətinin yaradılması barədə fikirlər səsləndirilir. Amma qeyd edim ki, nə qanun layihəsi, nə də nazirliyin planlarında belə bir fikir yoxdur. 

 

Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.

 

"Eyni zamanda hava limannda qanunsuz taksi daşımaları məsələsi qeyd edildi. Artıq bu daşımaların qarşısı alınır. Ümumiyyətlə ölkədə ictimai nəqliyyatın genişləndirilməsi ilə bağlı problem var və ictimai nəqliyyatda xidmət keyfiyyətinin artırılmasına daha çox diqqətin ayrılmasına ehtiyac var. Eyni zamanda hazırda nəqliyyat sahəsində olan problemlərin həlli istiqamətində Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi xüsusi araşdırmalar aparır”, - o vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?