Modern.az

Muzdla çalışanlarda orta aylıq əməkhaqqının məbləği açıqlandı

Muzdla çalışanlarda orta aylıq əməkhaqqının məbləği açıqlandı

Aktual

16 İyun 2023, 15:04

2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,8 faiz artaraq 913,9 manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3714,9 manat, qeyri neft-qaz sektorunda 860,0 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 861,7 manat, özəl müəssisələrdə isə 972,1 manat təşkil edib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?