Modern.az

Keçmiş məhkumdan 3 kq-dan artıq narkotik götürüldü

Keçmiş məhkumdan 3 kq-dan artıq narkotik götürüldü

16 İyun 2023, 16:04

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən Modern.az-ın məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Zaqatala şəhər sakini Rafael Heydərov saxlanılıb.

 

Şəxsi axtarış zamanı onun üzərində daşıdığı kisədən 3 kiloqramdan artıq marixuana aşkar edilib.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?