Modern.az

1 yeni yoluxma - Ölən YOXDUR

1 yeni yoluxma - Ölən YOXDUR

Aktual

16 İyun 2023, 22:15

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 596 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 12 nəfərdir.

 

Son sutka ərzində 243, hazırkı dövrədək isə 7 635 924 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?