İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik “The Jerusalem Post” qəzeti İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Prezident İlham Əliyev tərəfindən hədiyyə edilən xalçaya xüsusi yer ayırıb.
Modern.az xəbər verir ki, məqalədə mənəvi əhəmiyyəti böyük olan iri toxunmuş ipək xalçanın Hersoqun öz şəxsi otağını bəzədiyi qeyd olunub.
“Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Hersoqa dərin təşəkkürünü bildirib, şərəf və ehtiram əlaməti olaraq ona gözəl toxunmuş xalça hədiyyə edib. İsrail Azərbaycanla bir neçə ildir müxtəlif səviyyələrdə sıx əlaqələrə malikdir. Ziyarət edən dövlət başçıları və digər nüfuzlu şəxslər Hersoqla təkbətək görüşən zaman xalçaya baxmaq imkanı əldə edəcəklər”, - Məqalədə deyilir.
