Modern.az

Neft kəmərində qəza aradan qaldırıldı

Neft kəmərində qəza aradan qaldırıldı

Aktual

19 İyun 2023, 09:48

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində neft kəmərində baş verən sızma aradan qaldırılıb, kəmərin fəaliyyəti bərpa olunub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.

 

Xatırladaq ki, hadisə gecə saatlarında baş verib.

 

Sızma ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin mütəxəssisləri əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?