Modern.az

 İlin sonunadək 2000-ə yaxın ailə doğma torpaqlarına köçürüləcək

 İlin sonunadək 2000-ə yaxın ailə doğma torpaqlarına köçürüləcək

Aktual

19 İyun 2023, 17:48

“Heydər Əliyev İli”ndə ilin sonunadək ümumilikdə 2000-ə yaxın keçmiş məcburi köçkün ailəsi öz doğma torpaqlarına köçürüləcək və Qarabağda, Şərqi Zəngəzurda yaşayacaqlar.

 

Modern.az xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) sədrinin müavini Fuad Hüseynov iyunun 19-da jurnalistlərə müsahibəsində səsləndirib.

 

O bildirib ki, məcburi köçkünləri qarşılayan ilk “qaranquş” Ağalı kəndidir. Ağalı kəndinə 86 ailə köçürülüb. Ağalıdan sonra Tərtərin Talış kəndi 20 ailəni qəbul edib.

 

“Sevindirici haldır ki, artıq Laçın rayonuna köç başlayıb, 52 ailə evlərinə yerləşib. Çox fərəhlidir ki, biz artıq “keçmiş məcburi köçkün” sözlərini işlədirik”, - deyə Fuad Hüseynov qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?