Modern.az

Deputat antibiotiklərin reseptlə verilməsini təklif etdi

Deputat antibiotiklərin reseptlə verilməsini təklif etdi

Aktual

20 İyun 2023, 12:38

Milli Məclisdə antibiotiklərin reseptlə verilməsi təklif olunub.

 

Modern.az xəbər verir ki, bu barədə deputat Kamilə Əliyeva Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

 

“Ölkəyə antibiotiklər reseptsiz buraxılır. Onların reklamı mətbuatda gedir, bu da ciddi problemlərə səbəb olur. Ona görə də antibiotiklər reseptlə verilməlidir. Bununla bağlı dünya ölkələrində də təcrübələr var”, - deputat vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?