Modern.az

Analitik Ekspertiza Mərkəzinin strukturu DƏYİŞDİRİLİR

Analitik Ekspertiza Mərkəzinin strukturu DƏYİŞDİRİLİR

Aktual

20 İyun 2023, 13:09

Hazırda Analitik Ekspertiza Mərkəzinin iş strukturu və fəaliyyətində dəyişik layihəsi hazırlanır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.

 

“Həmin mərkəz idxalçıların və Gömrük Komitəsinin dərman anbarlarının zəruri tələblərə cavab verib-verməməsinin monitorinqini aparacaq. Dərmanların keyfiyyət məsələsinə nəzarət mexanizmi qanunvericilikdə öz əksini tapmalıdır. Hər dərman idxalı partiyası gözlənilən müddət ərzində nazirliyin müvafiq qurumu tərəfindən müayinə olunacaq .Səhiyyə Nazirliyi olaraq idxalçılarla çox sıx işlər görürük”, - deyə nazir müavini qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?