Modern.az

Satıcı mənim kim olduğumu bilmədi - Nazir müavini

Satıcı mənim kim olduğumu bilmədi - Nazir müavini

Aktual

20 İyun 2023, 13:34

Bəzən qida əlavəsi insanlara dərman vasitəsi kimi təqdim olunur.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib.

 

“Bununla bağlı bizim araşdırmalarımız var. Mən şəxsən buna şahid olmuşam. Bazar günü aptekdən bir dərman almaq istəyirdim. Vasitənin üstündə qeyd olunurdu ki, dərman vasitəsi deyil. Xanımdan soruşanda ki, bu dərman vasitəsidir? Deyir, nə fərqi var. O da bilmir ki, mən kiməm. Belə təcrübələr var”, - deyə nazir müavini vurğulayıb.

 

Bu xəbər ilə bağlı
Nazir müavinindən dərmanların qiyməti ilə bağlı ETİRAF: Bizdə bahadır
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?