Modern.az

Taksi sürücüsü sərnişinə qarşı qeyri-etik hərəkətlər etdi

Taksi sürücüsü sərnişinə qarşı qeyri-etik hərəkətlər etdi

20 İyun 2023, 19:50

Bakı şəhərində taksi sürücülərinin qeyri-etik hərəkətləri və qanunsuz fəaliyyətləri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, daha bir neqativ halla bağlı daxil olan müraciət üzrə “Hunday-Accent” markalı 77-CS-641 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müəyyən olunaraq saxlanılıb.

 

Araşdırmalarla məlum olub ki, taksi sürücüsü 1994-cü il təvəllüdlü Məhəmməd Bəxtiyar oğlu Rzayev iyunun 11-də saat 03 radələrində 25 yaşlı xanımın hava limanı istiqamətinə sifariş qəbul etməklə digər ünvana hərəkəti dəyişdirməklə yolda ona qarşı qeyri-etik hərəkətlər edib.

 

Onun barəsində Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılmaqla həbs edilib.

 

İstintaq hərəkətləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?