Modern.az

Gədəbəyin icra başçısı etiraza qalxan sakinlərlə GÖRÜŞDÜ

Gədəbəyin icra başçısı etiraza qalxan sakinlərlə GÖRÜŞDÜ

21 İyun 2023, 12:20

Gədəbəyin icra başçısı Orxan Mürsəlov Söyüdlü kəndi ərazisində süni gölün tikintisinə etiraz edən sakinlərlə görüş keçirib.

 

Modern.az xəbər verir ki, icra başçısı sakinlərlə söhbət aparıb.

 

O bildirib ki, gölün suyunun zəhərli olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib:

 

“Bu məsələyə mütəxəssislər rəy verə bilər, müvafiq nümunələr götürülərək yoxlanılacaq. Biz aidiyyəti qurumlara bununla bağlı müraciət etmişik, məsələ qaldırmışıq ki, gölün suyunun tərkibi yoxlanılsın”.

 

Orxan Mürsəlov Söyüdlü kəndində xərçəng xəstəliyinin kütləvi yayılması, uşaqların əlil doğulması kimi məlumatların həqiqətə uyğun olmadığını qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?